Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Ağ suzanbağı  / White water-lily, White lotus, Nenuphar / Nymphaea alba 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Nymphaeales

Fəsiə/ Family: Suzanbağıkimilər – Nymphaeaceae Salisb.

Elmi adı / Scientific name: Nymphaea alba L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür [1].

Qısa morfoloji təsviri: güclü kökə malik olan çoxillik su bitkisidir. Yarpaqları çox iri, tək-tək, uzun, yoğun saplaqlarda; yarpaq ayası ürəkvari-ovalvari, bəzən dairəvi, 10-25 sm enindədir. Kasayarpağı uzunsov və ya oval-uzunsov, uzunluğu 7 sm-ə qədər, itivari və ya kütvari, aşağıdan yaşıl, yuxarıdan yaşılvari-ağdır. Çiçəkləri tək-tək, iri, 10-15 (25) sm diametrindədir; ləçəkləri çoxsaylı, ağ oval-uzunsov. Dişicik ağzının şüaları 8-24 saydadır. Meyvəsi kürəvi, yaşıl rəngdə, çoxyuvalıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may—avqust—sentyabr aylarına təsadüf edir. Su və rütubəti sevən (hidrofil), işıqsevən bitkidir. Toxumla və vegetativ üsulla çoxalır. Müxtəlif şirin su qruplaşmalarında və yaxud tək bitir, durğun və yavaş axan s sahələrində rast gəlinir. Bəzi su hövzələrində tamamilə yox olub. Qida, dərman və dekorativ bitkidir [ 1, 3].

Yayılması: Kür-Araz ovalığı (Zərdab rayonu – Qarasu çayının sahəsində), Lənkəran ovalığı (Lənkəran rayonu—Liman qəsəbəsi, Mortso gölünün şimal hissəsində) [ 1, 2].

Sayı və tendensiyası: Populyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur [ 4].

Məhdudlaşdırıcı amillər: Qlobal istiləşmə ilə əlaqədar baş verən quraqlıqlar nətiicəsində körfəz və göllərin suyunun azalması, qida və dərman bitkisi kimi əhali tərəfindən istifadə edilməsi.

Mühafizə tədbirləri: Qızılağac qoruğunda mühafizə olunur. Bitdiyi yerlərin tam mühafizəsi, Kür sututarlarının şirin su ilə doldurulması məqsədəuyğundur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Алиев Д.А., 1971; 3. Azərbaycan SSR-in Qırmızı Kitabı; 1989; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Abdıyeva R.T., Əsədova K.K.

Şəkil: Zeynalova S.Ə.

English name: White water-lily, White lotus, Nenuphar

Habitat: Freshwater bodies.

Distribution: Kur –Araz lowlands (Zardab region—Garasu river area); Lankaran lowlands (Lankaran region Liman settlement, northern part of Mortso lake)