Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Ətrəngi birəotu / not found / Pyrethtum carneum 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Asterales

Fəsilə / Family: Asterkimilər - Asteraceae Dumort.

Elmi adı / Scientific name: Pyrethtum carneum Bieb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi 25-80 (100) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, birqat lələkvari bölünmüşdür; seqmentləri yumurtavari-uzunsov və ya lansetvari, kənarları iri-sivri dişlidir. Gövdə yarpaqları yuxarıya qalxdıqca kiçilən, oturaqdır. Səbətləri iri, tək-təkdirlər. Sarğı 10-15 mm enində, yarpaqcıları rənglidir. Toxumcuqları 3 mm uzunluqda, dişli taclıdır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəklənmə dövrü iyul-avqust ayları, toxumlama avqust-sentyabr aylarına təsadüf edir. Mezofit bitkidir. Subalp qurşağının çəmənlərində rast gəlinir. Dərman və dekorativ bitkidir [1, 2].

Yayılması: Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu –Sudur və Ləzə kənd ətrafları) və qərb hissəsi, Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu – Göygöl qoruğu ərazisində Göygöl ilə Maralgöl arasında, Tovuz rayonu –Böyük Qışlaq kəndi) [1, 3].

Sayı və tendensiyası: Populyasiyaya az rast gəlinir. Təhlükə amillərinin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir [4].

Məhdudlaşdırıcı amillər: Yayıldığı ərazilərdə ot çalındığı üçün bitki toxumlama fazasına çata bilmir.

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin toxum banklarında toxumlarının saxlanması, bərpasını təmin etmək, yeni yayılma yerlərini axtarmaq.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1961; 2. Растительные ресурсы СССР, 1993; 3. Mustafayeva S.C., 2008; 4. Tərtibçilərin məlumatları.

Tərtibçi: Mehdiyeva N.P., Mustafayeva S.C.

Şəkil: Mehdiyeva N.P.

English name: not found

Habitat: Subalpine meadows.

Distribution: Guba part of Greater Caucasus (Gusar region – Sudur village); Western (AZ) Greater Caucasus; Northern (AZ) Lesser Caucasus (Goygol region – Goygol National Park, between Goygol and Maralgol lakes, Tovuz region – Boyuk Gishlag village).