Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Şoranyer qarğa soğanı / not found / Gladiolus halophilus 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Gladiolus halophilus Boiss. et Heldr.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu yumurtavari, 15—18 mm hündürlükdə, 10—15 mm enində, pulcuqları paralel-torvari liflidir.Gövdəsi 20-25 sm hündürlükdədir. Yarpaqlargöyümtül, dar – xətvari, sivri, 3-7 mm enində, 3—4 görünən damarlıdır. Çiçək qrupu 2 tərəfli, bəzən 1 tərəfli, 4—6 çiçəkli sünbüldür. Çiçəkyanlığı ağımtıl – göy, enli, açılmış, yuxarı yan tərəfi digər tərəflərdən qısadır. Tozcuqlar bir qədər sapdan qısadır[1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə may, meyvə əmələ gətirmə iyun aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Aşağı qurşağında, quru yamaclarda yayılmışdır. Kseromezofitdir. Dekorativ bitkidir [1, 2, 3]

Yayılması: Kiçik Qafqazın mərkəzi və cənub hissələri, Naxçıvan düzənliyi (Sədərək) və dağlıq hissə (Ordubad rayonu –Kotam kəndinin ətrafı) [1, 2, 3, 4, 5].

Sayı və tendensiyası: Populysiyası nadirdir, fraqmentləşmiş sahəsinin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur [5].

Məhdudlaşdırıcı amillər: Antropogen və zoogen amillər [2].

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri görülməyib. Yeni yayılma ərazilərinin tapılması, yasaqlıqların salınması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. İbadlı O.V. 2004; 3. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 4. Конспект флоры Кавказа, 2006; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadlı O.V. , Qaraxani P.X.

Şəkil: İbadlı O.V.

English name: not found

Habitat: Dry slopes od lower mountain elevantions.

Distribution: Central (AZ) Lesser Caucasus; Southern (AZ) Lesser Caucasus; Nakhchivan plain (Sederek); mountain part of Nakhchivan (Ordubad region surroundings of Kotam village).