Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Şirvan qurdotu / not found / Linaria schirvanica 


Şöbə / Division: Maqnoliyakimilər - Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər - Magnoliopsida

Sıra / Order: Scrophulariales

Fəsilə / Family: Keçiqulağıkimilər – Scrophulariaceae Juss.

Elmi adı / Scientific name: Linaria schirvanica Fomin

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(i, ii, iii) + 2ab(ii, iii, iv). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxilik və ya birillik ot bitkisidir. Gövdəsi 20-45 sm hündürlükdədir. Yarpaqlar oturaq, darxətvari, itidir, 2-7 sm uzunluqda, 1-4 mm enindədir. Çiçək qrupu azçiçəkli, sünbüllü salxımdır. Kasacığın hissəcikləri 3-4 mm uzunluğunda, uzunsov –yumurtavari və ya uzunsov dairəvi – küt, vəzicikli-tükcüklüdür. Tac iri, 15-25 mm uzunluğunda (mahmızı yoxdur), parlaq bənövşəyi rənglidir, mahmızı nazik, hamar, enli haşiyəli, 3 mm uzunluğundadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi aprel-iyun, meyvə əmələgətirməsi may –iyul alarına təsadüf edir. Kserofit bitkidir. Arandan aşağı dağ qurşağına kimi quru, gilli, otlu yamaclarda, nadir hallarda əkinlərdə rast gəlinir. Dekorativ bitkidir [1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi və şərq hissəsi, Abşeron, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası [1].

Sayı və tendensiyası: Populyasiya azalır. Antropogen təsirlər kəskin azalmasını sürətləndirir [2].

Məhdudlaşdırıcı amillər: Otarılma, tapdalanma, biçin və insfrakturun inkişafı.

Mühafizə tədbirləri: Yayılma ərazilərində antropogen təsirləri azltmaq.

Ədəbiyyat / Reference: 1. Флора Азербайджан, 1957; 2. Tərtibçinin məlumatı.

Tərtibçi: Əhmədzadə F.Ə.

Şəkil: AMEA-nın Botanika İnstitutunun Herbari Fondu.

English name: not found

Habitat: Dry, clayey, grassy slopes and fields from lowlands to lower mountain zone.

Distribution: Guba part of the Greater Caucasus; Eastern (AZ) Greater Caucasus; Bozgir plateau; Absheron; Gobustan; Kur-Araz lowlands.