Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Şelkovnikov süsəni / Shelkownikow iris / Iris schelkownikowii 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris schelkownikowii (Fomin) Fomin

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B2ab(v). Azərbaycanın prioritet endemik növüdür.

Regional IUCN Status: EN B2ab(v) [6].

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünə, gövdə 4—20 sm hündürlüyündə, bir iri təpə çiçəyindən ibarətdir. Yaraqları boz—göymtül, dar—xətvari, 2—3 mm enində, bəzən spiralvari əyilmişdir, təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, ucu sivridir. Çiçəkyanlığının xarici tərəfi üfüqi aşağı dartılmışdır, 4-5 sm uzunluğunda, 1,5-2 sm enində uzunsov və ya uzunsov xətvaridir, küt, boz, ortada dairəvi tünd göy ləkə və tünd-göy damarlar var. Çiçəkyanlığının daxili tərəfi yuxarıya doğru, 6—7 sm uzunluğunda, 3-3,5 sm enində, uzunsov, tərs yumurtavari, sıxılmış, qısa dırnaqcıqlı, küt, mavi bənövşəyi və ya bənövşəyi damarlıdır. Tozcuğu bənöşəyi, qutucuq 5-6 sm uzunluğunda, uzunsov, üçtilli, qısa buruncuqludur [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə dövrü aprel, meyvə əmləgətirmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında quru, gilli və daşlı yamaclarda yayılmışdır. Mezokserofitdir [1, 2, 3].

Yayılması: Bozqır yaylası [1, 4, 5, 7].

Sayı və tendensiyası: Populyasiyaları çox nadirdir. Tək-tək bitir [7]. Dekorativ bitkidir. İtmə təhlükəsi altındadır.

Məhdudlaşdırıcı amillər: Yaşayış ərazisinin deqradasiyası, otarılma, tapdalanma və əhali tərəfindən yığılması itmə təklükəsini yaradır.

Mühafizə tədbirləri: Mühafizə tədbirləri yoxdur. Ysaqlıqların yaradılması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Hacıyev V.C., İbrahimov Ə.Ş., 1981; 3. Ибадлы О.В. 2005; 4. Salayeva Z.K., 2006; 5. Talıbov T.H., İbrahimov Ə.Ş., 2008; 6. Schtaz G., Shulkina T., Solomon J., 2013; 7. Tərtibçinin məlumatı.

Tərtibçilər: Qaraxani P.X.

Şəkil: AMEA-nın Botanika İnstitutunun Herbari Fondu.

English name: Shelkownikow iris

Habitat: Dry, clayey and stony slopes of lower mountain zone.

Distribution: Bozgir plateau [5, 7].