Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Şanagülə / Caspian lotus / Nelumbo caspica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Nelumbonales

Fəsiə/ Family: Şanagüləkimilər—Nelumbonaceae Dumort.

Elmi adı / Scientific name: Nelumbo caspica (DC.) Fisch. (Nelumbo nucifera auct.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Nadir, tropik bitki növüdür.

Qısa morfoloji təsviri: Qalın kökümsova malik olan, 1 m-dək hündürlükdə çoxillik su bitkisidir. Yarpaqları iri, yumruvari, qalxanşəkilli formada olur. Yarpaqların diametri 20-40 (50) sm, göyümtül, üst hissədən tünd –yaşıl, alt hissəsdən solğundur. Çiçəkləri iri, ətirli, 20 (25) sm diametrdə; ləçəkləri çəhrayı və ya açıq –çəhrayı rəngdə, tərs –yumurtavari, uzunsov formadadır. Erkəkcikləri yumruvari, çoxsaylıdır. Meyvəsi – xırda qoz, 10-22 (daha çox 14-17) sayda, yumruvari, tünd –göyümtül qabıqlı, 1-1,5 sm uzunluqdadır [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—iyul—avqust aylarına təsadüf edir. Su və rütubəti sevən (hidrofil), işıqsevən bitkidir. Toxumla və vegetativ üsulla çoxalır. Müxtəlif şirin su qruplaşmalarında və yaxud tək bitir, durğun və yavaş axan su sahələrində rast gəlinir. Bəzi su hövzələrində tamamilə yox olub. Qida, dərman və dekorativ bitkidir [ 1, 2, 3].

Yayılması: Kür-Araz ovalığında (Şirvan və Mil bozqırlarında, Zərdab rayonu (Qarasu çayı, Çaylı kəndinin ətrafı, Sarısu, Söyüdlübənd –axınlarda), Saatlı rayonu –Sarısu gölü, Kürdəmir rayonu-Şilyan və Sorsor ətrafında, Salyan rayonu –Aquşa çayı, Kür çayının sol qolu) [ 1, 4, 5].

Sayı və tendensiyası: Populyasiyanın sayı məhduddur, az yerlərdə sıx cəngəllik əmələ gətirir. Yaşayış mühitinin davam edən azalması müşahidə olunur [ 5].

Məhdudlaşdırıcı amillər: Qlobal istiləşmə ilə əlaqədar su hövzələrinin quruması, əhali tərəfindən çiçəklərinin toplanılması. Sarısu gölündə bu növün kəskin azalması müşahidə olunmuşdur.

Mühafizə tədbirləri: Qızılağac qoruğunda qorunur. AMEA-nın Botanika İnstitutunun sahəsində introduksiya edilmişdir. Aquşa çayında tam mühafizəsi tövsiyə olunur, su hövzələrində süni çoxaldılması, mütəmadi monitorinqlərin aparılması lazımdır.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Azərbaycan SSR-in Qırmızı Kitabı; 1989; 3. Юсифов Э.Ф., Гаджиев В. Дж., 2002; 4. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 5.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Abdıyeva R.T., Əsədova K.K.

Şəkil: Yusifov E.F.

English name: Caspian lotus

Habitat: Freshwater bodies.

Distribution: Kur –Araz lowlands (Shirvan and Mil steppes, Zardab reion (Garasu river, surroundings of Chayli village, Sarisu, Soyudluband), Saatli region –Sarisu Lake, kyurdamir region – surroundings of Shilyan and Sorsor, Salyan region—Agusha River, left branch of Kur river.