Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Şamaxı qərənfili / Shamakhy pink / Dianthus schemachensis 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Caryyophyllales

Fəsiə/ Family: Qərənfilkimilər—Caryophyllaceae Juss.

Elmi adı / Scientific name: Dianthus schemachensis Schischk.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab(iii, iv, v) c (iii, iv) + 2ab(ii) c (ii, iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik , tünd –göy rəngli ot bitkisidir. Gövdələri dəstə şəkilində kökümsovdan qalxır, (9)12—20(25) sm uzunluğunda, düz yaxud qalxanvari şəkildə olurlar. Yarpaqlar oturaq, əsasında ensiz-xətli, 1-2 mm enində, sivrilmiş, qıraqlardan nahamardır. Çİçəkləri tək-tək yerləşir. Kasacıq 26—30(23) mm uzunluqda, qabıqlı, silindrik, ağımtıl, çox vaxt al-qırmızı rənglidir. Yarpaqların ayası 6-8 mm uzunluğunda, tərs – yumurtavari, üstdən ağımtıl, alt tərəfdən çəhrayıdır[1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyun ayına təsadüf edir. Quraqlığa davamlı, işıqsevəndir. Toxum və kökümsovla çoxalır. Düzənlikdən orta dağ qurşağına kimi quru, gilli və daşlı yamaclarda, töküntülərdə, qayalarda, yovşan yarımsəhralarında, taxıllarda, müxtəlifotlu qruplaşmalarda rast gəlinir [1, 2].

Yayılması: Böyük Qafqazın şərqi (Bakı – Şamaxı yolunda, Şamaxı rayonu—Daşlıca dağı), Abşeron (Güzdək yaylası), Kür-Araz ovalığı (Qaradağ rayonu—Qobustan qəsəbəsi), Samur – Dəvəçi ovalığı (Şabran rayonu, Gilgilçay boyu, Beşbarmaq dağı) [1, 3, 4].

Sayı və tendensiyası: Populyasiyanın vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılıllığı müşahidə olunur, azalma tendensiyasına meyillidir [4].

Məhdudlaşdırıcı amillər: populyasiyanın azsaylıolması və antropogen amillərin təsiri (infrastrukturun inkişafı, otarılma, tapdalanma).

Mühafizə tədbirləri: Hal-hazırda xüsusi qorunma tdbirləri aparılmır. Yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum banklarında saxlanılması, introduksiya edilməsi təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Ахундов Г.Ф., 1972; 3. Məmmədov Q., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4.Tərtibçinin məlumatı.

Tərtibçilər: Abdıyev R.T.

Şəkil: Yusifov E.F.

English name: Shamakhy pink

Habitat: Dry, clayey and stony slopes, semi – deserts from lowlands to middle mountain zone.

Distribution: Eastern (AZ) Greater Caucasus (Baku-Shamahki highway, Samakhi region – Dashlija mountain); Absheron (Guzdek plateau); Garadagh region (Gobustan settlement); Samur-Devchi lowlands (Beshbarmag mountain, along Gilgilchay, Shabran region).