Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
İyli səhləb / Fragrant bug orchid / Orchis fragrans 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Orchis fragrans Pollini

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN A2acd. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökyumrusu kürəvi, bəzən oval şəkildə olur. Gövdəsi 30—50 sm hündürlükdədir. Yarpaqları 4—7 sayda, ensiz xətli və ya lanset – xətli, 14 sm uzunluğunda və 1 sm enində, gövdənin orta hissəsindən sivriləşmişdir. Çiçək qrupu seyrək, 20 sm-ə qədər uzunluqdadır. Başcıq 8—9 mm uzunluğunda, tünd—qırmızı rəngdədir. Dodaqcığın kənarları dişciklidir. Mahmız dodaqcıqdan uzun olur. Orta dilimi yan dilimlərdən 2 dəfə uzundur [1, 2, 3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləm meyvə əmələ gətirmə dövrü may ayıdır. Toxumla çoxalır, dəniz kənarında, rütubətli yerlərdə, kolluqlarda rast gəlinir. Işıqsevən, quraqlıqa az davamlı, zəif duzlaşmaya davamlı, dekorativ əhəmiyyətlidir [3].

Yayılması: Lənkəran ovalığı [1, 2, 3, 4].

Sayı və tendensiyası: Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən geniş istifadə edilməsi populyasiyalarının azalma tendensiyasını yaradır [4].

Mühafizə tədbirləri: Xüsusi qorunma tədbirləri aparılmır. Yayılma yerlərinin dəqiqləşdirilməsi, nəzarətə götürülməsi, populyasiyalarının bioekoloji tədqiqi, toxumlarının toxum bankında saxlanılması təklif olunur.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1940; 2. Флора СССР, 1935; 3.Флора Азербайджана, 1952; 4.Tərtibçilərin məlumatları.

Tərtibçilər: Abdıyeva R.T., Əsədova K.K.

Şəkil: Kərimov V.N.

English name: Fragrant bug orchid

Habitat: Coastal zone, humid places, shrublands.

Distribution: Lankaran lowlands.