Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
İyli bitişikmeyvə / not found / Symphyoloma graveolens 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Symphyoloma graveolens C.A. Mey.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdələri inkişafdan qalmışdır. Bütün yarpaqları kökətrafı, 3-9 sm uzunluğunda, sapları enli, parlaq, kənarları zarlı qına geniişlənmişdir. Çətirləri 5-7 şüalıdır. Çiçəkləri çoxsaylıdır. Meyvələri 4 mm uzunluqda, çılpaq, yastılaşmış, enli tərs-yumurtavari, bel hissədə sapvari qabırğalıdır. Sütuncuğu əyilmişdir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə iyul-avqust, meyvəvermə avqust aylarına təsadüf edir. Yuxarı dağ qurşağında (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) daşlı töküntülərdə rast gəlinir [1].

Yayılması: Böyük Qafqazın Quba sahəsi və Şərq hissələri [1, 2, 3].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpasının iqlim amillərinin mənfi təsirlərin dəyişilməısində asılılığı müşahidə olunur. Azalma tendensiyasına meyillidir [4].

Məhdudlaşdırıcı amillər: Ətraf mühitin amillərinə həssaslıq, otarılma və yayıldığı ərazilərin deqradasiyası-errosiya.

Mühafizə tədbirləri: populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1961; 2. Əsgərov A.M., 2006; 3. MəmmədovQ., Yusifov E., Xəlilov M., Kərimov V., 2012; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Kərimov V.N., Mustafayeva S.C.

Şəkil: Yusifov E.F.

English name: not found

Habitat: Stony sites of higher mountain zone; 2700-3300 m asl.

Distribution: Eastern (AZ) Greater Caucasus; Guba part of the Greater Caucasus.