Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
İtikənarlı süsən / not found / Iris acutiloba 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: İridales

Fəsiə/ Family: Süsənkimilər – İridaceae Juss.

Elmi adı / Scientific name: Iris acutiloba C.A.Mey.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2b(iii); B1ab(iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Regional IUCN Status: EN B2ab(iii)c(v) [7].

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdə 4—12 sm hündürlükdə, əsası soğanabənzər yoğunlaşmışdır, bir təpə çiçəyi var. Yarpaqları boz—göyümtül, nazik xətvari, 1—3 mm enində, oraqvari və bir qədər spiralvari əyilmiş, gövdədən adətən uzundur. Təpə yarpaqları otvari pərdəli, lansetvari, itidir. Çiçəkyanlığının borucuğu bir qədər yumurtalıqdan qısadır, çiçəkyanlığı qıfşəkilli, 5—7 sm uzunluğunda, xarici tərəfdəki 4-5 sm uzunluqda, uzunsov – lansetvari və ya uzunsov xətvari, təpə hissədən daralmış küt, bəzən oyuq olur.Tozcuqlar sarımtıl, sütuncuğun kənarları, çiçəkyanlığının xarici qısadır, tünd – yaşılımtıldır. Qutucuq 3-5 sm uzunluğunda, ellipsivari – üçtillidir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarının birinci ongünlüyünə təsadüf edir. Kserofit, duzlaşmaya davamlı bitkidir. Kökümsovvə toxum vasitəsilə çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir. Quru qumlu, gilli və daşlı yamaclarda dənizkənarı qumluqlarda bitir. Düzənliklərdə və aşağı dağ qurşağında yayılmışdır[1, 2, 3, 5].Dekorativ bitkidir [5]

Yayılması: Qobustan, Abşeron (Semet zavodunun arxası, Qaradağ Neft Terminalına yaxın Otman-Bozdağın ətəkləri), Böyük Qafqazın Quba sahəsi, Xəzər sahili ovalığı (Xızı rayonu, Giləzi kəndi ətrafında) və Kür –Araz ovalıqları [1, 2, 4, 5, 6, 8, 9].

Sayı və tendensiyası: Populyasiyaları (30%) azalmaqdadır.Fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur [8, 9].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (xırdabuynuzlu heyvanlar tərəfindən tapdalanması, dekorativ bitki kimi intensiv toplanması, arellarının sənaye mərkəzlərinə yaxın olması, yeni tikntilər və mühəndis qurğuları vasitəsilə areallarından sıxışdırılaraq məhv olunmaları).

Mühafizə tədbirləri: Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirlərin azaldılması məqsədilə yasaqlıqların təşkili, Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi yeni yayılma yerlərinin axtarılması təklif olunur [2].

Ədəbiyyat / References: 1.Карягин И.И., 1952; 2. Флора Азербайджана, 1952; 3. Ахундов Ф.Г., 1972; 4. . Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 5. Ибадлы О.В. 2005; 6. Мехтиева Н. П., 2006; 7. Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012; 8. Schtaz G., Shulkina T., Solomon J., 2013; 9. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Qaraxani P.X., Mehdiyeva N.P., Zeynalova S.Ə.

Şəkil: Kərimov V.N.

English name: not found

Habitat: Coastal dunes, loamy and stony slopes.

Distribution: Guba part of Greater Caucasus; Caspian lowlands (Khizi region, around of Gilezi village); Gobustan; Absheron (nbehind of cement factory, foothills of Otman – Bozdagh mountains close to Garadagh Oil Terminal); Kur-Araz lowlands.