Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
İriyarpaq kövrək mürdəşər / not found / Frangula grandiflora 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Rhamnales

Fəsiə/ Family: Murdarçakimilər- Rhamnaceae Juss.

Elmi adı / Scientific name: Frangula grandiflora (Fisch. et C.A.Mey.) Grub.

IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu I National İUCN Status: "Nəsli kəsilməyə həssəs olanlar'' kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur [1].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir. Orta dağ qurşağına kimi, kölgəli meşələrdə, dağ meşələrinin dərələrində, dağ çaylarının kənarında rast gəlinir. Dekorativ və dərman bitkisidir, xalq təbabətində istifadə olunur [1, 3].

Yayılması: Böyük Qafqazın Quba hissəsi (Qusar rayonu-Aşağı Qələnxur kəndinin ətrafı), Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu –Girdəni kəndinin ətrafı; Lerik rayonu – Siov kəndinin ətrafı) [1, 2].

Sayı və tendensiyası: Populyasiyanın ehtiyatı məhduddur. Antropogen təsirlər azalma təhlükəsini sürətləndirir [4].

Məhdudlaşdırıcı amillər: Otarılma, tapdalanma və iqlim.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, bioekologiyasının öyrənilməsi.

Ədəbiyyat / References: 1. Azərbaycanın ağac və kolları, 1970; 2.Azərbaycanın SSR-in Qırmızı kitabı, 1989; 3. Səfərov H.M., Fərzəliyev V.S., 2008; 4. Safarov H.M., 2010; 5. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Fərzəliyev V.S., Mehdiyeva N.P., Zeynalova S.Ə.

Şəkil: İskəndər E.O.

English name: not found

Habitat: Forests, river banks up to middle mountain zone.

Distribution: Guba part of the Greater Caucasus, (Gusar region-around Ashaghi Gelenkhur village); mountain part of Lankaran (Lankaran region – around Girdani village; Lerik region –around Siov village).