Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
İrimeyvə stenotaeniya / not found / Stenotaenia macrocarpa 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Stenotaenia macrocarpa Freyn et Sinth. ex Freyn (Stenotaenia daralaghezica (Takht.) Schischk.)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik hündürlüyü 1 m-ə çatan, qalın silindirşəkilli, sıx və qısa tükcüklü bitkidir. Gövdənin aşağı hissəsindəki yarpaqlarının qınları tam, gövdəni bürüyən və genişdir, bölünmüş lələklidir, seqmentləri 3-5 cüt oturaq yumurtavari, dişcikli, 2-3 pərdəli, yuxarıdan qırışıq, sərt tükcüklüdür. Çətirlərində 7-13 ədəd, uzunluğu 25 sm-ə qədər (meyvənin içərisi daxil olmaqla) müxtəlif şüaları vardır. Ləçəkləri al qırmızıdır, bayırdan tükcüklüdür. Meyvələrinin uzunluğu 12-20 mm-dir, yumşaqdır, əsasən ensizdir [4].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə iyun-iyul, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Mezokserofitdir. Orta dağ qurşaqlarında, kolluqlar arasında və çəmənliklərdə rast gəlinir. Efiryağlı bitkidir [5].

Yayılması: Naxçıvanın dağlıq hissəsi (Dərələyəz, Aracıq, Xəzindərə və Küküdağ əraziləri [1, 4].

Sayı və tendensiyası: Populyasiyanın ehtiyyatı azdır. Antropogen və iqlim təsirləri növün yox olmaq təhlükəsini yarada bilər [7].

Məhdudlaşdırıcı amillər: Ekoloji və antropogen amillərin məhdudlaşdırıcı təsiri.

Mühafizə tədbirləri: Təhlükə altında olduğundan qorunması vacibdir [2, 6]. Məhdud sahələrdə yayılmış,mənfi təsirlərə məruz qalan növ kimi akademik H.Əliyev adına Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına aınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır [3]. Yayıldığı mühitə uyğun geniş ərazilərdə reintroduksiya edilməlidir [4].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. İbadullayeva S.C., və b., 2001; 4. İbadullayeva S.C., 2004; 5. Ибадуллаева С.Д.и др., 2009; 6. Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010; 7.Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadullayev S.C.

Şəkil: İbadullayev S.C., Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010.

English name: not found

Habitat: Meadows and shrublands of middle mountain zone.

Distribution: Mountain part of Nakhchivan (Dereleyaz, Arajig, Khezinedere and Kukudagh areas).