Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
İran quşüzümü  / Persian asparagus / Asparagus persicus 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Asparagales

Fəsiə/ Family: Quşüzümkimilər—Asparagaceae Juss.

Elmi adı / Scientific name: Asparagus persicus Baker

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c; B2ab(iv, v) c(ii, iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Coxillik ot bitkisidir. Gövdə 100 sm hündürlükdə dağınıq budaqlı, çılpaq, küncü burulmuşdur. Kladodidlər azsaylıdır, bizvari, bərabər olmayan böyük hissəsi 1-5 dəstədə birləşir. Yarpaqlar 15-25 mm uzunluğunda, yarpaqlar pulcuqvari, çox hissəsi mahmızlıdır. Çiçəkləri 5 mm, uzun saplaqlıdır. Çiçəkyanlığının yarpaqları uzunsov, neştərvari, sarımtıl, kənarları ağ haşiyəlidir. Giləmeyvəsi qırmızı kürəşəkillidir [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may – iyun aylarına təsadüf edir. Kökümsovla və toxumla çoxalır. Düzənlikdən aşağı dağ qurşağına qədər kolluqlarda, dəniz qumluqlarında, üzümlüklərdə, gilli yamaclarda bitir [ 1, 2].

Yayılması: Abşeron, Kür-Araz ovalığı, Bozqır yaylası, Naxçıvanın ovalığı və dağlıq hissəsi (Vəlidağ, Düzdağ, Darıdağ əraziləri) [ 1, 3, 4, 5, 6].

Sayı və tendensiyası: Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur [ 5, 6].

Məhdudlaşdırıcı amillər: Otarılma, tapdalanma, Abşeronun və Kür-Araz ovalığının səhralaşması.

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri yoxdur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Hacıyev V.S., Musayev S.H. 1996; 3. Ибадлы О.В. 2005. 4. Конспект флоры Кавказа, 2006 ; 5. Naçıvan MR-in Qırmızı Kitabı, 2010; 6. Tərtibçinin məlumatı.

Tərtibçilər: Qaraxani P.X.

Şəkil: Yusifov E.F.

English name: Persian asparagus

Habitat: Shrublands, coastal dunes, vineyards, clayey slopes from lowland to lower mountain zone.

Distribution: Bozgir plateau; Absheron; Kur-Araz lowlands; mountain part of Nakhchivan (Velidagh, Duzdagh, Daridagh areas).