Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
İran mahmızlaləsi / not found / Corydalis persica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Papaverales

Fəsiə/ Family: Şahtərəkimilər – Fumariaceae DC.

Elmi adı / Scientific name: Corydalis persica Cham.et Schlecht.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdə 10-20 sm hündürlükdədir. Yarpaqları oturaqdır. Gövdə yarpaqları qarşı-qarşıya duran, üçqatlıdır, ortadaki seqmet daha iridir. Yarpağın hissəcikləri tərs-yumurtavari, küt, 2-3 qanadlıdır. Çiçəklər 4-10 qısa salxımdadır. Tac 20 – 25 mm uzunluqda düz və ya əyiləndir, çəhrayı rənglidir. Mahmız ½ dəfə yarpağın lövhəsindən uzundur. Qutucuq xırda, itidir [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə - meyvə əmləgətirmə dövrü aprel-may aylarına təsadüf edir. Kserofitdir. Alp çəmənlərində bitir [1, 2].

Yayılması: Naxçıvanın dağlıq hissəsi [ 1, 3].

Sayı və tendensiyası: Antropogen və iqlim amillərinin mənfi təsirlərinə məruz qala bilər [ 3].

Məhdudlaşdırıcı amillər: Otarılma və tapdalanma.

Mühafizə tədbirləri: Yayılma ərazilərində antropogen təsiri azaltmaq.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1953; 2. Əsgərov A.M., 2005; 3. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Əhmədzadə F.Ə., Qaraxani P.X.

Şəkil: İskəndər E.O.

English name: not found

Habitat: Alpine meadows.

Distribution: Mountain part of Nakhchivan.