Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
İran ilankölgəsi / not found / Ferula persica 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Ferula persica Wild.

IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu I National İUCN Status: "Nəsli kəsilməyə həssas olanlar '' kateqoriyasına aiddir – VU A2c+3c; B1ab(iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik bitkidir. Yarpaqları tez quruyan, bozumtul, hər iki tərəfədən qısa tüklü, kökətrafı yarpaqları qısa, yoğunsaplaqlı, enli romb şəklində, üçər, üçqat lələkvari yarılmışdır. Gövdə yarpaqları çox kiçilmiş, enli şişkin, qınlıdır. Çətirləri çoxçiçəklidir, mərkəzdəkilər oturaq, 12 -20 şüalıdır, yan tərəfdəkilər uzun, yoğun ayaqlardadır. Meyvə uzunsov ellipsvaridir, 11-14 mm uzunluğunda, 7-9 mm enindədir [1, 3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləməsi aprel-may, meyvə əmələgəlmə iyun aylarına təsadüf edir. Kserofitdir. Toxumla çoxalır. Aranda aşağı dağ qurşağına kimi quru, daşlı və gilli yamaclarda Artemisia fragrans+Pimpinella peregrina+Anthemis candidissima bitkilərindən təşkil olunmuş assosiasiyada komponent kimi iştirak edir. Drəman bitkisidir [1, 4]. Yayılması: Abşeron, Qobustan (Qobustan Dövlət Təbiət Qoruğunun ərazisi), Naxçıvan düzənliyi (Culfa rayonu –Darıdağ, Şərur rayonu-Ardıcdağ və Noxuddağ, Babək rayonu-Duzdağ) [1, 2, 3, 5].

Sayı və tendensiyası: Antropogen amillər populyasiyanın azalmasını sürətləndirir, tədricən 30% azalmaqdadır [3, 6, 7].

Məhdudlaşdırıcı amillər: Mal-qara tərəfindən tapdalanma.

Mühafizə tədbirləri: Yayılma yerlərində antropogen təsiri azaltmaq, yasaqlıqların yaradılması, toxum bankında toxumlarının saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3. İbadullayeva S.C., 2004; 4. Мехтиева Н.П., 2007; 5. Movsumova N.V., İbadullayeva S.J., Sultanova Z.R., 2009; 6. Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010; 7.Tərtibçilərin məlumatları.

Tərtibçilər: İbadullayeva S.C., Mehdiyeva N.P., Zeynalova S.Ə., Mustafayeva S.C.

Şəkil: Mehdiyeva N.P.

English name: not found

Habitat: Stony and gravelly slopes from lowlands to lower mountain zone.

Distribution: Absheron;Gobustan (incl. Gobutan Reserve); Nakhchivan plain (Julfa region-Daridagh, Sharur region –Ardijdagh and Nokhuddagh, Babek region –Duzdagh).