Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
İkiçiçək tülpan  / Biflora tulip / Tulipa biflora 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Liliales

Fəsiə/ Family: Zambaqkimilər – Lilicaeae Juss.

Elmi adı / Scientific name: Tulipa biflora Pall. (Tulipa polychroma Stapf)

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Gövdəsi 7—17 sm hündürlüyündə bitkidir. Soğanaq böyük deyil 1—1,5 sm diametrində, xaricdən parlaq qonur, dərivari, daxildən yüngül hörümçək toruna bənzər qınla örtülmüşdür. Gövdə nazik, çılpaq, yarpaqlar 2 ədəd, dar—neştərşəkilli və ya xətvari, böyük hissəsi oraqvari əyilmiş göyümtüldür. Çiçəkləri 1 ədəd, bəzən 2, çiçkyanlığl yarpaqcıqları 1, 5—2,5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından kiçikdir. Sapı sarı, 2—2,5 dəfə tozcuqdan uzundur. Qutucuq 1—1,5 dəfə tozcuqdan uzundur. Qutucuq 1—1,5 sm uzunluğundadır [1].

Biloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Bozqırlarda və orta dağ qurşaqlarında, qış otlaqlarında, quru—otlu yamaclarda, gilli, çınqıllı, daşlı yerlərdə yayılır. Çiçəkləməsi aprel, meyvələməsi may ayına təsadüf edir. Kseromezofitdir. Dərman və dekorativ bitkidir [1, 5].

Yayılması: Qobustan, Abşeron, Ker—Araz ovalığı, Naxçıvan düzənliyi və dağlıq hissəsi (Duzdağ, Darıdağ, Aracıq dağətəklərində) [ 2, 3, 4, 6].

Sayı və tendensiyas: Populyasiyalarına az rast gəlinir [5, 7]. Antropogen amillər azalma təhlükəsini yaradır [7].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən intensiv toplanması və zoogen amillər.

Mühafizə tədbirləri: Təbii ehtiyatları azdır. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Yasaqlıqların yaradılması vacibdir.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1950; 2. İbadlı O.V. 2002; 3. Ибадлы О.В. 2005; 4. Конспект флоры Кавказа, 2006; 5. Mehdiyeva N.P., 2006; 6. Talıbov T.H. İbrahimov Ə.Ş., 2008; 7. Tərtibçinin məlumatı.

Tərtibçi: Qaraxanı P.X.

Şəkil: Naxçıvan MR-in Qırmızı Kitabı, 2010.

English name: Biflora tulip

Habitat: Winter pastures, dry slopes; clay, gravally locations.

Distribution: Gobustan; Absheron; Kur—Araz lowland; Nakhchivan plain (at the foothills of Dudagh, Daridagh, Arajig mountain).