Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Ütük səhləb / Brunt orchid, Dwarf dark-winged orchis / Orchis ustulata 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Orchidales

Fəsiə/ Family: Səhləbkimilər – Orchidaceae Juss.

Elmi adı / Scientific name: Orchis ustulata L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B1ab(iii, v) + 2ab (v). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir. Kökyumrusu yumurtavari və ya yumru olur. Gövdəsi 10—25 (50) sm hündürlükdədir. Yarpaqları uzunsov – lansetvari, küt, əsasında daralmış, 8 sm uzunluğunda, 2 sm-dək enində, sivriləşmiş şəkildə olur; çiçək qrupu sıx, uzunsov –silindrik sünbüldə yerləşir. Çiçəkləri bal iylidir. Başcıq 3—4 (5) mm uzunluqda, küt, tünd –qara rənglidir. Çiçəkyanlığının daxili yarpaqları çəhrayı rənglidir; dodaqcıq çiçəkyanlığının yarpaqlarından uzun, açıq-çəhrayı rəngli, al ləkələrlə örtülmüşdür; xarici yarpaqları isə yumurtavaridir. Mahmızı yumurtalıqdan 3-4 dəfə qısa, küt, bükülmüş şəkildə aşağı yönələndir [3].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may –iyun aylarına təsadüf edir. Subalp qurşağının çəmənliklərində rast gəlinir, toxumla çoxalır, işıqsevən, quraqlığa az davamlı, dekorativ bitkidir.

Yayılması: Böyük Qafqazın Quba hissəsi (Quba rayonu) [1, 2, 3, 4].

Sayı və tendensiyası: Təbii ehtiyyatı azdır. Zəif təkrarlanması, antropogen təsirlər populyasiyanın sayını sürətlə azaldır [4].

Məhdudlaşdırıcı amillər: Əhali tərəfindən dekorativ bitki kimi toplanılması, mənfi təsirlərə məruz qalması gələcəkdə azalma təhlükəsini yaradır.

Mühafizə tədbirləri: Xüsusi qorunma tədbirləri aparılmır. Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Ədəbiyyat / References: 1. Гроссгейм А.А., 1940; 2. Флора СССР, 1935; 3. Флора Азербайджана, 1952; 4. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Abdıyeva R.T., Əsədova K.K.

Şəkil: Ovari M., Yusifov E.F.

English name: Brunt orchid, Dwarf dark-winged orchis

Habitat: Subalpine meadows.

Distribution: Guba part of the Greater Caucasus (Guba region).