Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Ürəkyarpaq qızılağac / Caucasian Alder / Alnus subcordata 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Corylales

Fəsiə/ Family: Tozağackimilər – Betulaceae S.F. Gray

Elmi adı / Scientific name: Alnus subcordata C.A. Mey.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –Vu A2cd+3cd. Azərbaycanın nadir, relikt növüdür.

Qısa morfoloji təsviri: 28-30 (35) m hündürlüyündə, 160 sm diametrində ağacdır. Tumurcuqları tüklü və yumurtavaridir, ucları kütdür. Yarpaqları kifayət qədər iri olub, 7-17 sm uzunluğunda və 4,5-7 sm eninədir, yumurtavari, dəyirmi-yumurtavari, oval və ya uzunsov-ovaldır, üst tərəfi çılpaq, tünd-yaşıl rəngdədir, alt tərəf damarları boyunca tüklüdür. Erkəkcik sırğaları ucdakı salxımlarda olub 3-5-i bir yerdədir. Meyverən sırğaları qoltuqlardan çıxır, tək-təkdir və ya 2-3-ü bir yerdədir. Qoza meyvələri oval-ellipsivaridir, 2,5 sm uzunluğunda və 1,3 sm enindədir. Fındıqcıqları enli-yumurtavaridir, çox ensiz qanadları vardır [1, 2].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Mart –aprel aylarında, yuxarı dağ qurşaqlarında bəzən mayda çiçəkəyir. Toxumları elə həmin il avqust –sentyabr aylarında (bəzən oktyabr ayınd) yetişir. Toxumları vasitəsilə vegetativ yolla çoxalır. Tozlanması anemofildir. Toxumları quşlar və gəmirici heyvanlar tərəfindən yayılır. Mezofitdir, havanın rütubətliyinə tələbkardır İstisevən, işıqsevən və rütubətsevəndir. Dərin, çürüntülü və çimləşmiş torpaqlarda, daimi axar sularla nəm olan yerlərdə yaxşı bitir, durğun sulara pis davam gətirir. Şaxtaya və küləyə davamlıdır. Torpağa qarşı çox tələbkardır, çürüntüsü çox olan təzə, qalın əhəngli torpalarda daha çox yayılmışdır. Aşağı dağ qurşağından orta dağ qurşağına qədər, dəniz səviyyəsindən 1000m-ə qədər yüksəkliklərdə bitir az-az hallarda ovalıqda rast gəlinir. Çayların və çaylaqların sahillərində, habelə rütubətli dağ dərələrindəki meşələrdə bitir. Xalis qızılağac və yalanqoz –qızılağac meşələrində I yarısı əmələ gətirir. Bəzən dağ yamaclarında palıd, vələs və fıstıq meşələrinin tərkibinə daxil olur. Dərələrin qarışıq meşələrinin tərkibində iştirak edir. Tez böyüyür. Dekorativ bitkidir. Oduncağından inşaat işlərində istifadə olunur. Oduncağı özəksizdir, qırmızımtıl –qonurdur, suya davamlıdır, yüngüldür. Qabığının tərkibində aşı və boyaq maddələri vardır. Çayların və axar sulu göllərin kənarlarında meşə salmaq üçün yararlı ağac növüdür [1, 3].

Yayılması: Lənkəran ovalığı və Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu –Qafton, Xanbulan, Təngivan, Bürcəli, Bəlləbur və rvo kəndləri; Lerik rayonu- Biləsər, Siov kəndləri və yardımlı rayonu- Şövut kəndi). Ürəkyarpaq qızılağac meşələrinin sahəsi və ümumi ehtiyatı çox deyildir [1, 2, 3, 4].

Sayı və tendensiyası: Hirkan Milli Parkında qorunmasına baxmayaraq populyasiyanın azalma tendensiyası müşahidə olunur [4].

Məhdudlaşdırıcı amillər: Antropogen amillər (qiymətli oduncağına görə qırılması), təbii bərpanın zəif getməsi.

Mühafizə tədbirləri: Hirkan Milli Parklarında mühafizə olunur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Azərbaycanın ağac və kolları, 1964; 3.. Azərbaycan SSR-in Qırmızı kitabı; 1989; 4. Tərtibçinin məlumatı.

Tərtibçilər: Fərzəliyev V.S., Kərimov V.N., Səfərov H.M.

Şəkil: Səfərov H.M.

English name: Caucasian Alder

Habitat: Forests of lowlands and mountains.

Distribution: Lankaran lowlands and mountain part of lenkaran ( Lankaran region – gafton, Khanbulan, Tengivan, burcheli, Ballabur and Rvo village; Lerik region – Bileser, Siov villages and Yardimli reion – Shovut village).