Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Üçyarpaq oxyarpaq / Threeleaf arowhead / Sagittaria trifolia 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Liliopsidlər – Liliopsida

Sıra / Order: Alismatales

Fəsiə/ Family: Baqavərkimilər – Alismataceae Vent.

Elmi adı / Scientific name: Sagittaria trifolia L.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B1ab(i, ii, iii, iv, v)+ 2ab(i, ii, iii, iv, v). Azərbaycanda az rast gəlinən, nadir növdür.

Qlobal IUCN Statusu: LC

Qısa morfoloji təsviri: Coxillik 20-50 sm hündürlükdə ot bitkisidir. Kökümsovu kökyumrulu zoğlar əmələ gətirən topaşəkilli ipvari köklüdür. Yarpaqları oxvari, üçbucaq və ya uzunsov-üçbucaq formalı sivri ayalı, ensiz üçbucaqlı, sivriləşmiş dilimlidir. Ləçəkləri ağ rəngdə olub, qaidəsində tünd – qırmızı, ləkəsizdir. Erkəkciklərin tozcuqları sarı rəngdədir. Meyvəcikləri düzgün olmayan üçbucaqlıdır, yan tərəflərdən bərk sıxılmışdır, üst və alt tərəfdən enli qanadlıdır, təpə hissədə qısa əyilmiş buruncuqludur [1].

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri: Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır. Hidro-hiqrofitdir. Rütubətli, sahillərin dərin olmayan yerlərində və bataqlıqlarda Alisma plantago –aquatica, Butomus umbellatus, Cyperus longus, Juncus lampocarpus, Eleocharis palustris və s. Bitkilərdən təşkil olunmuş assosiasiya tərkibində seyrək, kiçik qruplarla, həmçinin düyü əkinlərində rast gəlinir. Dərman və qida bitkisidir [ 1, 2, 3, 4].

Yayılması: Lənkəran (Lənkəran rayonu – Kiçik Qızılağac körfəzi) və Kür-Araz ovalıqları (Kiçik Hacıqabul gölü) [ 1, 2, 5].

Sayı və tendensiyası: Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azama tendensiyasını sürətləndirir [ 5].

Məhdudlaşdırıcı amillər: Qlobal istiləşmənin artması ilə əlaqədar baş verən quraqlıqların nəticəsində körfəz və göllərin suyunun azalması, əhali tərəfindən qida və dərman bitkisi kimi istifadə edilməsi.

Mühafizə tədbirləri: Xüsusi mühafizə tədbirləri aparılmalıdır. Süni göl və gölməçələrin yaradılması məqsədəuyğundur.

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1952; 2. Алиев Д.А., 19694 3. Qasımov M.Ə., Qədirova G.S., 2004; 4. Мехтиева Н.П., 2006; 5. Tərtibçilərin məlumatları.

Tərtibçilər: Mustafayeva S.C., Mehdiyeva N.P., Zeynalova S.Ə.

Şəkil: İvanov V.D.

English name: Threeleaf arowhead

Habitat: Dry, clayey and stony soils of lower, middle and higher mountain zone.

Distribution: Lankaran region—(kichik Gizilagaj Bay) and Kur-Araz lowloand (Kichik Hajiqabul Lake) [1, 2].