Warning: mysqli_query() expects parameter 1 to be mysqli, null given in /var/www/u0474194/data/www/redbook.az/class/class.counter.php on line 18
Çılpaq dorema / not found / Dorema glabrum 


Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta

Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida

Sıra / Order: Araliales

Fəsiə/ Family: Kərəvüzkimilər—Apiaceae Lindl.

Elmi adı / Scientific name: Astrantia maxima Pall.

IUCN Qırmızı Siyahısna göre növün kateqoriyası və statusu I National İUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar '' kateqoriyasına aiddir – EN A2c+cd(i)b. Qafqazın nadir, endemik növüdür.

Regional IUCN Statusu: VU B1ab (I,ii, iii,iv,v)+2ab (i,ii,iii,iv,v) [10].

Qısa morfoloji təsviri: Çoxillik ot bitkisidir, qalın gövdəli, 6 sm diametrli kökə malikdir. Yarpaqları üçər bölünmüş lələklidir, 6 sm uzunluğunda seqmentləri uzunsov-lansetvaridir, demək olar ki, bütövdür, oturaq və ya ucu aşağı istiqamətlənmişdir. Çətirləri kiçik və sadədir, ayaqcığı 1 sm uzunluğundadır. Ləçəkləri ağımtıl-sarıdır. Meyvələri ellipsvaridir, uzunluğu 5-8 mm-dir [1, 4].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri: Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarında müşahidə edilmişdir. Toxumla çoxalır. Kserofitdir. Aşağı dağ qurşağına kimi quru dərələrdə rats gəlinir. Tərəvəz və dərman bitkisi kimi, əhali tərəfindən istifadə edilir [1, 4].

Yayılması: Naxçıvan düzənliyi (Duzdağın cənub yamacında çox kiçik bir sahədə bitir) və Naxçıvanın dağlıq hissəsi (Vəlidağ, Dəhnədağ, Dərəşam və Darıdağ ətrafı) [2, 4, 6, 7, 9].

Sayı və tendensiyası: Populyasiyanın təbii bərpası azalır.Keçən 10 il ərzində 70% azalma müşahidə edilmişdir. Antropogen təsirlər növün itmə təhlükəsini yaradır [8, 11].

Məhdudlaşdırıcı amillər: Tərəvəz və dərman bitkisi kimi intensiv istifadəsi [3].

Mühafizə tədbirləri: Öncədən yayıldığı Darıdağ ərazisində yasaqlıq yaradılması təklif edilmişdir [5]. Brəpası üçün uyğun ərazilərdə introduksiya edilmişdir [8].

Ədəbiyyat / References: 1. Флора Азербайджана, 1955; 2. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989; 3.Talıbov T.H., 2001; 4. İbadullayeva S.C., 2004; 5. Гасымов Г.З., Кулиев В.Б., 2009; 6. Movsumova N.V.et al., 2009; 7. Ибадуллаева С.Д. и др., 2009; 8. Naxçıvan MR-in Qırmızı Kitabı, 2010; 9. İbadullayeva S.C. et al., 2011; 10. Schtaz G., Shulkina T., Solomon J., 2013; 11. Tərtibçinin məlumatı.

Tərtibçilər: İbadullayeva S.C.

Şəkil: İbadullayeva S.C., Naxçıvan MR-in Qırmızı kitabı, 2010.

English name: not found

Habitat: Dry valleys up of lowlands and lower mountain zone.

Distribution: Nakhchivan plain (very small area on the southern slope of Duzdagh); mountain part of Nakhchivan (surroundings of Velidagh? Dehnedagh? Deresham and Daridagh).